Advert
Advert

Trampın qızıldan heykəli ucaldılıb

Tarix:
Trampın qızıldan heykəli ucaldılıb
Reklam

ABŞ-ın Florida ştatında böyük qolf meydançasının ərazisində Donald Trampın hündürlüyü 4 metr yarım olan heykəli ucaldılıb. 

Reyting.az xəbər verir ki, bu barədə “Golfweek” məlumat yayıb. 

Sayt yazır ki, heykəl qızıl qarışıq tuncdan hazırlanıb. Hündürlüyü postamentlə birlikdə 6,7 metrdir. Heykəltaraş Alan Kottrill ABŞ Prezidentinin 2024-cü ilin yayında sui-qəsd cəhdi zamanı məşhurlaşan şəklindən istifadə edib.

Atışma və yaralanmasından sonra ABŞ Prezidenti yumruğunu qaldıraraq onun sınmadığını və düşmənləri ilə mübarizəni davam etdirəcəyini bildirirdi...

V. Quliyev
 

Reklam