2026-cı il Dünya Çempionatı çərçivəsində ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi turnir gözlənilməz qalmaqalla gündəmə gəlib.
Reyting.az xəbər verir ki, bu barədə beynəlxalq idman mətbuatı məlumat yayıb.
Məlumata görə, ABŞ millisinin Bosniya və Herseqovina ilə matçında qırmızı vərəqə alaraq meydandan qovulan hücumçu Folarin Balogunun cəzasının FIFA tərəfindən müəmmalı şəkildə ləğv edilməsi geniş əks-səda doğurub.
ABŞ Prezidenti Donald Trampın FIFA rəhbəri Canni İnfantino ilə telefon danışığı apararaq məsələni müzakirə etdiyi iddia olunur. Bu isə qərarın siyasi təsir nəticəsində verildiyi barədə şübhələri artırıb.
Məlumata əsasən, Tramp sosial media hesabında FIFA-ya təşəkkür edərək qurumun “haqsızlığı aradan qaldırdığını” bildirib.
Qeyd olunur ki, bu hadisə Tramp və İnfantino arasındakı yaxın münasibətləri yenidən gündəmə gətirib. İnfantino daha əvvəl Trampın seçki qələbəsini təbrik edərək “Birlikdə təkcə Amerikanı deyil, bütün dünyanı yenidən möhtəşəm edəcəyik”,- ifadəsini işlətmişdi.
Bildirilir ki, Belçika Futbol Federasiyası qərara sərt etiraz edərək bunun ədalətli oyun prinsiplərinə zidd olduğunu açıqlayıb. Milli komandanın baş məşqçisi isə bu addımın futbolun nüfuzuna ciddi zərbə vurduğunu deyib.
Məlumata görə, futbol ekspertləri və beynəlxalq media bu qərarı presedent kimi qiymətləndirərək gələcəkdə siyasi müdaxilələrin artması ilə bağlı narahatlıq ifadə ediblər. İndi isə diqqətlər turnirin gedişatına və FIFA-nın gələcək addımlarına yönəlib.
Y. Qacar