Advert
Advert

Trampın nümayəndəsi Putinin forumunda iştirak edəcək

Tarix:
Trampın nümayəndəsi Putinin forumunda iştirak edəcək
Reklam

Bir neçə ildən sonra ilk dəfə olaraq ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndəsi Rusiyada keçiriləcək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək. 

Reyting.az “Moscov Times” qəzetinə istinadıa bildirir ki, ABŞ Təsviri İncəsənət üzrə Federal Komissiyasının sədri Rodni Mims Kuk Sankt-Peterburqa gələcək.

Kukun sözlərinə görə, forumun təşkilat komitəsi və ABŞ Dövlət Departamenti artıq onun Rusiya Prezidenti Vladimir Putinin çıxış edəcəyi plenar iclasda iştirakını təsdiqləyib.

“Mən plenar iclasa və prezident Putinin çıxışına dəvət olunmuşam. Və mən orada olacağam”, - deyə Amerika rəsmisi Rusiya mediasına bildirib.

Kuk 2026-cı ilin yanvar ayında ABŞ Təsviri İncəsənət üzrə Federal Komissiyasının rəhbəri olub. O, həmçinin ABŞ Milli Abidələr Fondunun təsisçisi və Dünya Abidələr Fondunda Rusiya mədəni irsi üzrə mütəxəssisdir.

Əvvəllər Kuk Rusiyada Yeni Qüdsün Dirilmə Katedralının bərpasında, eləcə də Vaşinqtondakı Rusiya səfirliyində çıxış edib və Kremldə, Arxangelsk Muzey-Mülkətində mühazirələr oxuyub.

Foruma Amerika nümayəndəsinin gəlişi son illərdə ABŞ və Rusiya rəsmi qurumları arasında ən əhəmiyyətli təmaslardan biri ola bilər.

V. Quliyev
 

Reklam