Advert
Advert

Trampın nümayəndələri İranla danışıqlar üçün Pakistana gəlir

Tarix:
Trampın nümayəndələri İranla danışıqlar üçün Pakistana gəlir
Reklam

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner İran İslam Respublikası ilə danışıqların yeni mərhələsində də ABŞ-ı təmsil edəcəklər.
 
Reyting.az-ın məlumatına görə, Tramp deyib ki, ABŞ nümayəndə heyəti bazar ertəsi günü İranla danışıqlarda iştirak etmək üçün Pakistana gələcək.

"Nümayəndələrim danışıqlar üçün Pakistanın İslamabad şəhərinə gedirlər - onlar sabah axşam orada olacaqlar", -Tramp sosial şəbəkə hesabında yazıb.

“New York Post” qəzetinin məlumatına görə, Uitkoff və Kuşner İslamabadda keçiriləcək danışıqların yeni mərhələsində ABŞ-ı təmsil etsələr də, vitse-prezident Vens danışıqlarda iştirak etməyəcək.

E. Kamal
 

Reklam