ABŞ prezidenti Donald Trampın NATO ilə bağlı sərt və tənqidi ritorikası Avropa ölkələrinin liderlərini və Şimali Atlantika Alyansının rəhbərliyini narahat etməyə başlayıb.
Reyting.az xəbər verir ki, bu barədə “Euractiv” portalı yazıb.
Qeyd olunur ki, Trampın açıqlamaları NATO-nun birliyinə mənfi təsir göstərir.
Nəşrin məlumatına görə, müttəfiqlərin əsas narazılığı onun təşkilata qarşı alçaldıcı və istehzalı ifadələr işlətməsidir.
Qeyd edək ki, Tramp daha əvvəl “Reuters” agentliyinə müsahibəsində NATO-ya qarşı ikrah hissi keçirdiyini və ABŞ-ın alyansdan çıxma ehtimalını olduğunu bildirib.
O, həmçinin Böyük Britaniyanın “The Daily Telegraph” qəzetinə müsahibəsində qeyd edib ki, NATO-nun Tehranla mümkün müharibədə Vaşinqtonu dəstəkləməməsi səbəbindən ABŞ-ın təşkilatdakı iştirakını yenidən nəzərdən keçirməyi düşünür.
Həmin müsahibədə Tramp NATO-nu “kağız pələng” adlandırıb və bu quruma heç vaxt böyük rəğbət bəsləmədiyini etiraf edib.
E. Kamal