ABŞ Prezidentinin böyük oğlu Donald Trampın keçmiş həyat yoldaşı Vanessa Tramp sosial media hesabında paylaşım edərək, ona döş xərçəngi diaqnozu qoyulduğunu bildirib.
Reyting.az-ın məlumatına görə, Vanessa Tramp İnstaqramda yazıb ki, bu, heç kimin gözlədiyi xəbər olmasa da, müalicə planı üzərində tibb qrupumla sıx əməkdaşlıq edir.
O, bu həftənin əvvəlində tibbi prosedurdan keçdiyini, sağlamlığına və sağalmasına diqqət yetirərkən ictimaiyyətdən şəxsi həyatının gizli saxlanılmasını istədiyini bildirib.
V. Tramp beş övladı olan D. Trampdan 2018-ci ildə ayrılıb. O, peşəkar qolfçu Tayger Vuds ötən il görüşdüklərini açıqlayıb.
Vanessa Tramp deyib: "Ailəmin, uşaqlarımın və mənə ən yaxın insanların sevgisi və dəstəyi ilə əhatə olunarkən diqqətimi cəmləmiş və ümidli qalıram. Xeyirxahlığınız və dəstəyiniz üçün təşəkkür edirəm, bu, həqiqətən də ifadə edə biləcəyimdən daha çox şey ifadə edir".
Onun sosial media paylaşımına prezidentin böyük qızı İvanka Tramp da daxil olmaqla yüzlərlə dəstək mesajı gəlib.
V. Quliyev