Vaşinqtonda Ağ Ev yaxınlığında polis əməkdaşlarının iştirakı ilə atışma baş verib.
Reyting.az bildirir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ Məxfi Xidmətinin məlumatına görə, insident zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi yaralayıb.
Lakin yaralının vəziyyəti ilə bağlı dəqiq məlumat verilməyib.
Hadisə zamanı ərazi dərhal mühasirəyə alınıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
Bir müddət sonra ətraf küçələrdə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
Qeyd olunur ki, insident ABŞ Prezidenti Donald Trumpın çıxışı zamanı baş verib.
Rəsmi mənbələr dövlət başçısının təhlükəsiz ərazidə olduğunu bildiriblər.
Onu da qeyd edək ki, bu, son bir ay ərzində ABŞ paytaxtında baş verən ikinci oxşar hadisədir.
E. Kamal