Advert
Advert

Tramp: Yaxın Şərqin neftinə ehtiyacımız yoxdur

Tarix:
Tramp: Yaxın Şərqin neftinə ehtiyacımız yoxdur
Reklam

İranda hakimiyyət dəyişikliyi Vaşinqtonun hərbi əməliyyatının tərkib hissəsi deyil. 

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İrandakı vəziyyətlə bağlı xalqa müraciətində bəyan edib. 

Onun sözlərinə görə, ABŞ heç vaxt qarşısına belə bir məqsəd qoymayıb, amma bu baş verib: “Hakimiyyət dəyişikliyi bizim məqsədimiz deyildi. Biz heç vaxt hakimiyyət dəyişikliyi haqqında danışmamışıq, amma bu, baş verdi”. 

Ağ ev hərbi əməliyyatların başlanmasını Tehranın yaratdığı raket və nüvə təhlükələrinin zərərsizləşdirilməsi zərurəti ilə izah edib.

“Birləşmiş Ştatlar Yaxın Şərqdə olmamalıdır; ölkənin onların neftinə ehtiyacı yoxdur” - Tramp həmvətənlərinə müraciətində deyib: “Biz indi Yaxın Şərqdən tamamilə müstəqilik, lakin kömək etmək üçün oradayıq. Biz orada olmaq məcburiyyətində deyilik; onların neftinə də ehtiyacımız yoxdur”.

E. Kamal

Reklam