“Ukrayna hərbi cəhətdən məğlub olub. Bunu saxta xəbərlər oxumaqla bilməzsiniz. Onların 159 gəmisi var idi. Hazırda həmin gəmilər suyun altındadır”.
Reyting.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trump Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Trampdan Ukraynadakı, yoxsa İrandakı münaqişənin əvvəlcə həll olunacağı soruşulduqda, o, hər iki məsələnin eyni vaxtda həll oluna biləcəyini bildirib.
O, Rusiyanın Ukraynanı məğlub etdiyini iddia etsə də, fikirlərini əsaslandırmaq üçün İrana da istinad edib.
E. Kamal