Advert
Advert

Tramp Rusiya gəmilərinə qadağanı daha bir il uzadıb

Tarix:
Tramp Rusiya gəmilərinə qadağanı daha bir il uzadıb
Reklam

ABŞ Prezidenti Donald Tramp Rusiya gəmilərinin ABŞ limanlarına girişinə qoyulan qadağanı daha bir il uzadıb. 

Reyting.az xəbər verir ki, bu barədə Hökumət Sənədlərinin Federal Reyestrində dərc olunmuş bildirişdə qeyd edilib.

Prezident fərmanında deyilir: "Mən ABŞ limanlarında Rusiyaya məxsus gəmilərin lövbər salmasının və hərəkətinin tənzimlənməsi ilə bağlı fövqəladə vəziyyət bəyannaməsini daha bir il uzadıram".

2022-ci ilin aprel ayında fövqəladə vəziyyət bəyannaməsi Daxili Təhlükəsizlik Katibinə Rusiya ilə əlaqəli gəmilərin lövbər salmasını və hərəkətini tənzimləmək səlahiyyəti verib.

E. Kamal
 

Reklam