ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla söhbətinin "çox yaxşı keçdiyini" söyləyib.
Reyting.az-ın məlumatına görə, Tramp jurnalistlərə deyib ki, "Prezidentlə çox yaxşı söhbətim oldu; bizim çox yaxşı münasibətlərimiz var".
"Axios" qəzetinin jurnalisti Barak Ravid mənbələrinə istinadla bildirib ki, həmin gün Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə "uzun və çətin" telefon danışığı olub. Tərəflər növbəti addımlar barədə razılığa gələ bilməyiblər.
Qeyd edək ki, Ərdoğan və Tramp arasında telefon danışığı mayın 20-də olub. Tərəflər Türkiyə-ABŞ ikitərəfli münasibətləri ilə yanaşı, regional və qlobal məsələləri də müzakirə ediblər.
E. Kamal