Advert
Advert

Tramp Orbanın seçkilərdə qalib gəlməsinə çalışır

Tarix:
Tramp Orbanın seçkilərdə qalib gəlməsinə çalışır
Reklam

ABŞ lideri Donald Tramp Macarıstanda parlament seçkiləri ərəfəsində ölkənin baş naziri Viktor Orbana bir daha dəstəyini ifadə edib.

Reyting.az xəbər verir ki, D. Tramp V. Orbanı "fenomenal effektivliyini sübut etmiş güclü bir lider" adlandırıb. 

"Viktor Macarıstanı qorumaq, iqtisadiyyatını inkişaf etdirmək, iş yerləri yaratmaq, ticarəti təşviq etmək, qanunsuz immiqrasiya ilə mübarizə aparmaq və qayda-qanun yaratmaq üçün səylə çalışır",- deyən Tramp, ABŞ ilə Macarıstan arasındakı münasibətlərin "yeni zirvələrə çatdığını" bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə V. Orbanı yenidən seçilmək üçün dəstəkləməkdən qürur duyub və bunu yenidən etməkdən şərəf duyur. O, Orbanın "macar xalqını heç vaxt məyus etməyəcəyinə" inanır.

Xatırladaq ki, Tramp əvvəllər qarşıdan gələn seçkilərdə Macarıstanın hazırkı baş nazirinə dəstəyini ifadə etmişdi. 

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Vens aprelin 8-də Budapeştə iki günlük səfər edərək, Orbana seçkilərdə uğurlar arzulayıb, dəstəyini ifadə edib.

Macarıstanda parlament seçkiləri aprelin 12-də keçiriləcək. Orbanın hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyası müxalifətdəki Tisza partiyası ilə yarışır. Partiyanın lideri Peter Magiar Avropa İttifaqı rəhbərliyinin dəstəyindən istifadə edir.

E. Kamal
 

Reklam