ABŞ lideri Donald Tramp İsrailin Livana hücumunu qadağan etdiyini və bunun bir daha təkrarlanmayacağını bildirib.
Reyting.az xəbər verir ki, Tramp bu barədə sosial media platforması “TruthSocial”-da yazıb.
Tramp qeyd edib: "İsrail artıq Livanı bombalamayacaq. ABŞ onlara bunu qadağan edib. Beləliklə, bəsdir!!!".
17 apreldə İranın xarici işlər naziri Abbas Əraqçi Livandakı atəşkəsə cavab olaraq Hörmüz boğazının atəşkəs müddəti ərzində bütün ticarət gəmiləri üçün tam açıq olacağını açıqlayıb. Daha sonra Tramp Hörmüz boğazını "İran boğazı" adlandıraraq Tehrana onu açdığına görə təşəkkür edib.
Azər