“Hörmüz boğazının yenidən açılması səylərinin bir hissəsi olaraq Amerika öz qoşunlarını geri çəkməyə hələ tam hazır deyil".
Reyting.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “CBS News”-a müsahibəsində deyib.
"Bir anda mən belə edəcəyəm, amma hələ yox. Digər ölkələr müdaxilə etməlidir. İran məğlub olub, amma onlar müdaxilə etməli və öz işlərini görməlidirlər", - deyə Tramp bildirib.
O, Hörmüz boğazında "real təhlükə" olmadığını söyləyib.
"NATO dəhşətlidir. Onlar kömək etmək istəmirdilər. Əgər neft istəyirlərsə, gəlib götürsünlər. Heç bir real təhlükə yoxdur, çünki ölkə [İran] məğlub olub", - deyə ABŞ prezidenti əlavə edib.
ABŞ hərbi əməliyyatının nə vaxt bitə biləcəyi soruşulduqda, Tramp "Bu, tezliklə olacaq. Biz qrafikdən iki həftə qabaqdayıq",- deyib.
Xatırladaq ki, müharibə başlayanda ABŞ prezidenti onun "dörd-altı həftə" davam edəcəyini desə də, artıq beşinci həftədir davam edir.
V.Quliyev