ABŞ Prezidenti Donald Tramp İran hökuməti daxilində "ciddi fikir ayrılıqlarını" və Pakistan liderlərinin xahişini əsas gətirərək İranla atəşkəs müddətinin uzadıldığını elan edib.
Reyting.az xəbər verir ki, Birləşmiş Ştatların lideri bu barədə “Truth Social” sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Amerikanın İran limanlarına qarşı hərbi-dəniz blokadası davam edəcək.
Trampın atəşkəs müddətinin uzadılması ilə bağlı paylaşımı 8 apreldə qüvvəyə minən hazırkı atəşkəsin çərşənbə günü başa çatması planlaşdırılan bir vaxta təsadüf edir.
"İran hökumətinin ciddi şəkildə bölündüyünə əsaslanaraq - bu, təəccüblü deyil - və feldmarşal Asim Munirin və Pakistanın Baş naziri Şahbaz Şərifin xahişi ilə bizdən İran ölkəsinə hücumumuzu onların liderləri və nümayəndələri vahid təklif irəli sürənə qədər dayandırmağımız istənildi", - deyə Amerika lideri əlavə edib.
"Buna görə də silahlı qüvvələrimizə blokadanı qorumağı, hazır və fəaliyyət göstərə biləcək vəziyyətdə qalmağı əmr etdim. Buna uyğun olaraq, təklifləri təqdim olunana və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzadacağam", - deyə Tramp qeyd edib.
D. Tramp İranla atəşkəsi danışıqlar başa çatana qədər uzardığını bildirib və qeyd edib ki, Hörmüz boğazının gəmiçilik üçün açılması İranla razılaşmanı mümkün edəcək.
Y. Qacar