Advert
Advert

Tramp: İranın Hörmüzlə bağlı yeni qərarı özünə zərər verəcək

Tarix:
Tramp: İranın Hörmüzlə bağlı yeni qərarı özünə zərər verəcək
Reklam

“İran hökumətinin Hörmüz boğazından gəmilərin hərəkətini yenidən dayandırmaq qərarı Vaşinqtona deyil, Tehrana zərər verəcək”.

Reyting.az xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp bildirib.

"İran bu yaxınlarda Hörmüz boğazını bağladığını elan etdi. Bu qəribədir, çünki o, artıq başqa bir, Amerika blokadası səbəbindən bağlanıb. Özləri də fərqinə varmadan bizə kömək edir və bağlanmış boğaz üzündən gündə 500 milyon dollar itirirlər", - deyə o, bazar günü “Truth Social”-da yazıb.

Tramp qeyd edib ki, Hörmüz boğazının bağlanması səbəbindən bir çox tanker hazırda neft üçün ABŞ-a gedir.

Həftəsonu Hörmüz boğazında gəmilərin atəşə tutulmasını şərh edən Tramp bunu atəşkəsin pozulması adlandırıb: "Bu, yaxşı hal deyil".

E. Kamal
 

Reklam