Advert
Advert

Tramp İranı xəbərdar edib: daha bir neçə gün gözləyəcəyik

Tarix:
Tramp İranı xəbərdar edib: daha bir neçə gün gözləyəcəyik
Reklam

İran sülh razılaşmasına razı olmazsa, ABŞ-ın İrana hücumları davam etdirməyə hazır olduğu bildirilir.

Reyting.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

Lakin Tramp İrandan “dəqiq cavablar” almaq üçün daha bir neçə gün gözləyəcəyini bildirib.

Trampın sözlərinə görə, bu vəziyyət davam edərsə, gərginlik tezliklə arta bilər:

“İnanın mənə, əgər düzgün cavablar almasaq, gözləmə mövqeyi çox tez başa çatacaq”.

ABŞ Prezidentindən nə qədər gözləyəcəyi soruşulduqda, Tramp bunun “bir neçə gün çəkə biləcəyini” deyib.

Tehran da öz növbəsində ABŞ-ı hücumları bərpa etməmək barədə xəbərdar edib.

İslam İnqilabı Keşikçiləri Korpusunun açıqlamasında deyilir: 

“İrana qarşı təcavüz təkrarlanarsa, vəd edilən regional müharibə bu dəfə regionun hüdudlarını aşacaq”.

E. Kamal
 

Reklam