İslam Respublikası Hörmüz boğazını açmasa, Vaşinqton İrandakı bütün elektrik stansiyalarını və körpüləri məhv edəcək.
Reyting.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O, “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib ki, İran çərşənbə axşamı gecəsinə qədər Hörmüz boğazını açmasa, bu ölkədə bir dənə də olsun elektrik stansiyası və körpü qalmayacaq.
Amerika liderinin sözlərinə görə, ABŞ “güclü mövqedədir”, İranın bərpası isə 20 il çəkə bilər.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərlərinə zərbələr endirilir. İslam İnqilabı Keşikçiləri Korpusu isə İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Üstəlik, ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektləri də zərbələrə məruz qalır.
İran hakimiyyəti həmçinin Hörmüz boğazını ABŞ, İsrail və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarına gəlib. Martın 25-də İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Rusiya, Hindistan, İraq, Çin və Pakistan da daxil olmaqla dost ölkələrin Hörmüz boğazından keçməsinə icazə verdiyini açıqlayıb.
E. Kamal