Advert
Advert

Tramp İrana bir neçə gün vaxt verib

Tarix:
Tramp İrana bir neçə gün vaxt verib
Reklam

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin uzadılmasını konkret bir müddət göstərmədən elan edib və bu da diplomatiyaya razılaşma əldə etmək üçün daha bir şans verir.

Reyting.az-ın məlumatına görə, bu barədə “Axios” nəşri yazıb.

Nəşrin mənbələri bildiriblər ki, bu qərarın səbəblərindən biri Amerika və Pakistan vasitəçilərinin İranın lideri Müctəba Xamnəidən son təklifə cavab gözləmələridir.

İsrail mənbəyinə görə, Xamnəi çərşənbə günü cavab verə bilər.

“Tramp iranlılara işlərini yoluna qoymaq üçün vaxt vermək üçün atəşkəsi daha üç-beş gün uzatmağa hazırdır, lakin atəşkəs qeyri-müəyyən olmayacaq”, - deyə başqa bir mənbə əlavə edib.

Y. Qacar
 

Reklam