“İranın nüvə silahı yoxdur. Tehran bununla razılaşdı və onlar çox ciddi şəkildə razılaşdılar. B-2 bombardmançıları ilə həyata keçirdiyimiz hücumdan sonra yerin dərinliklərində qalan nüvə tozunu bizə qaytarmağa razı oldular”.
Reyting.az xəbər verir ki, “The Washington Post” qəzetinin yazdığına görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
İran tərəfi hələlik amerikalı və pakistanlı vasitəçilərlə görüşlər zamanı güzəştə getdiyini təsdiqləməyib. ABŞ-ın İranın nüvə öhdəlikləri ilə bağlı əvvəlki bəyanatlarının isə qeyri-dəqiq və ya əsassız olduğu sübuta yetirilib.
Y. Qacar