Advert
Advert

Tramp: İran Hörmüzdən maneəsiz keçid üçün çox zəif iş görür

Tarix:
Tramp: İran Hörmüzdən maneəsiz keçid üçün çox zəif iş görür
Reklam

ABŞ prezidenti Donald Tramp Tehranın su yolunu tam açması tələbləri fonunda Hörmüz boğazından neft tədarükünün kifayət qədər olmamasına görə İranı tənqid edib.

Reyting.az-ın məlumatına görə, Tramp Ağ evin saytında yayılmış açıqlamasında bildirib bi, İran Hörmüz boğazından maneəsiz neft keçidini təmin etməkdə çox zəif iş görür.

Daha əvvəl Tramp Tehranın belə bir addımı nəzərdən keçirdiyini bildirməsindən sonra İranı Hörmüz boğazından keçidə tarif tətbiq etməməsi barədə xəbərdar etmişdi.

Trampın şərhləri İranın Vaşinqtonla iki həftəlik ilkin atəşkəs müqaviləsinin bir hissəsi olaraq gündə 15-dən çox gəminin Hörmüzdən keçməsinə icazə verməyəcəyi barədə xəbərlərdən sonra verilib.

Qeyd edək ki, Hörmüz boğazı qlobal neft istehlakının təxminən 20 faizini təşkil etdiyi üçün ABŞ-İsrail müharibəsində İranın əsas qaynar nöqtəsinə çevrilib. İran müharibənin başlanğıcından bəri Hörmüz boğazını faktiki olaraq blokadaya alıb ki, bu da neft çatışmazlığına və qlobal qiymətlərin kəskin artmasına səbəb olub.

V. Quliyev
 

Reklam