ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin təfərrüatlarını açıqlayıb.
Reyting.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Səfər proqramına əsasən Amerika lideri bu gün axşam Vaşinqtonu tərk edəcək, təyyarə Alyaskada yanacaq dolduracaq və çərşənbə günü Pekinə gələcək.
Çin Prezidenti Si Cinpin ilə əsas danışıqlar cümə axşamı və cümə günlərinə planlaşdırılır.
Əvvəlcə martın sonu və ya aprelin əvvəli üçün elan edilən, lakin İranla münaqişənin gərginləşməsi səbəbindən təxirə salınan səfər ABŞ-Çin münasibətlərinin gələcək istiqamətini müəyyənləşdirmək məqsədi daşıyır.
Y. Qacar