Prezident Donald Tramp çərşənbə günü ABŞ-ın İranla çox yaxşı yola getdiyini və Qətərdə son görüşlərin uğurlu olduğunu bildirib.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Tramp jurnalistlərə bildirib ki, “İranın nüvəsizləşdirilməsi işləri yaxşı irəliləyir. Onların çox yaxşı görüşləri olub və görəcəyik. Biz çox yaxşı yola gedirik."
Tramp İranın "uzun bir yol qət etdiyini" deyib.
"Düşünürəm ki, onlar yaxşı işlər görürlər",- deyə ABŞ Prezidenti əlavə edib.
E. Kamal