Advert
Advert

Tramp: ABŞ Hörmüz boğazını "möhkəm bağlayıb"

Tarix:
Tramp: ABŞ Hörmüz boğazını
Reklam

ABŞ Hərbi Dəniz Qüvvələrinin razılığı olmadan heç bir gəmi Hörmüz boğazına girə və ya çıxa bilməz.
 
Reyting.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazı ABŞ tərəfindən tamam bağlanıb və Tehran Vaşinqtonla razılığa gələnə qədər belə qalacaq.

“Hörmüz boğazı üzərində tam nəzarətimiz var. İran razılığa gələ qədər bu boğaz “möhkəm bağlanıb!”, - deyə Tramp “Truth Social”-da yazıb.

O, ABŞ tərəfindən İran limanlarının dəniz blokadasına da toxunub.

"İran öz liderinin kim olduğunu anlamaqda çətinlik çəkir! Onlar sadəcə bilmirlər! Döyüş meydanında ağır məğlubiyyətə uğrayan "sərt xətt tərəfdarları" ilə heç də çox mötədil olmayan (amma hörmət qazanan!) "mötədillər" arasındakı daxili mübarizə dəlilikdir!",- deyə Tramp əlavə edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı əməliyyata başlayıblar. Aprelin 7-də D. Tramp Tehranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. 

E. Kamal
 

Reklam