Anqolanın şimal-qərbində qanunsuz qızıl mədənində baş verən böyük sürüşmə nəticəsində ən azı 28 nəfər həlak olub.
Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, Bengo əyalət hakimiyyətinin məlumatına görə, hadisə nəhəng qayanın sürüşərək mədəni tamamilə örtməsi və mədənçilərin içəridə böyük dərinlikdə qalması nəticəsində baş verib.
Xilasedicilər indiyə qədər dörd nəfəri xilas ediblər.
Yerli polisin sözçüsü Qaspar Luis İnasio bütün qurbanların 18-40 yaş arası kişilər olduğunu deyib.
Təcili yardım xidmətləri fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Rəsmilər hazırda iki nəfərin itkin düşdüyünü, lakin yerli sakinlər dağıntılar altında 70-ə qədər insanın qaldığını bildirirlər.
Faciəyə Anqolanın bu bölgəsində ardıcıl üçüncü gündür davam edən aramsız leysan yağışlardır.
V. Quliyev