ABŞ-ın populyar "Torpaq sahibi" serialının aktyor heyəti üçüncü mövsüm ərəfəsində qonorarlarının artırılmasına nail olub.
Reyting.az "Deadline" nəşrinə istinadla xəbər verir ki, Hollivudun tanınmış aktrisası Demi Mur yeni müqavilə imzalayıb və bundan sonra hər seriyaya görə təxminən 740-770 min dollar qonorar alacaq.
Aktyor Billi Bob Torntonun isə əvvəldən üçillik müqaviləsi olduğundan, onun qonorarı yalnız müqavilədə nəzərdə tutulan standart indeksasiya qaydasında artırılacaq.
Bundan əlavə, Eli Larter çəkiləcəyi hər seriyaya görə 350 min dollardan çox qonorar alacaq.
Gənc aktyorlar Ceykob Loflend və Mişel Rendolf isə yeni mövsümdən etibarən hər seriyaya görə təxminən 130-180 min dollar qazanacaqlar. Bu məbləğ onların əvvəlki qonorarı ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Oqtay Qorçu