Advert
Advert

Tokio Moskvaya elçi göndərməyəcək

Tarix:
Tokio Moskvaya elçi göndərməyəcək
Reklam

Yaponiya may ayında Rusiyaya nümayəndə heyətinin səfəri ilə bağlı xəbərləri təkzib edib.

Reyting.az-ın “Reuters”-ə istinadla verdiyi məlumata görə, Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara deyib ki, ölkəsi Rusiyaya iqtisadi nümayəndə heyəti göndərməyəcək.

Agentliyin Yaponiya bürosunun məlumatına görə, bu gün Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında Kihara bəyan edib ki, hökumətin Rusiyaya iqtisadi nümayəndə heyəti göndərmək planları barədə xəbərlər “doğru deyil”. O qeyd edib ki, hökumət “Rusiyada fəaliyyətini genişləndirmiş yapon şirkətlərini qəti şəkildə dəstəkləməklə” yanaşı, Rusiyaya qarşı sanksiyaları davam etdirəcək.

E. Kamal

Reklam