Advert
Advert

Toğanalı-Kəlbəcər-İstisu yolunda qar uçqunu olub

Tarix:
Toğanalı-Kəlbəcər-İstisu yolunda qar uçqunu olub
Reklam

Bu gün günorta saatlarında Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun Murovdağ ərazisindən keçən hissəsində qar uçqunu qeydə alınıb.

Reyting.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla bildirir ki, uçqun nəticəsində yolun hərəkət hissəsi 10-15 metr hündürlükdə qar kütləsi ilə örtülüb. 

Məlumata görə, hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

"Bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlı məlumatlandırılıb. Təhlükəsizlik baxımından Toğanalı və Kəlbəcər istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Sözügedən istiqamətdə hərəkət edən sürücülərdən xahiş olunur ki, müvəqqəti olaraq Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolundan istifadə etsinlər", - məlumatda qeyd olunub.
 

Reklam