Çində mühəndislər kosmik raketlərin orbitə buraxılması üçün hazırlanan elektromaqnit katapultunun əsas elementlərini sınaqdan keçiriblər. Yeni layihəyə əsasən gələcəkdə startın Tibet dağlarının zirvələrindən verilməsi hava müqavimətini azalda bilər.
Reyting.az-ın məlumatına görə, 2023-cü ildə Çinin Tsyıyan Kommersiya Kosmik Buraxılış Texnologiyaları Tədqiqat İnstitutu yüksək temperaturlu ifratkeçirici maqnit, eləcə də xətti elektromaqnit mühərrikini və əyləcin rejimini uğurla sınaqdan keçiriblər.
Mütəxəssislər bildiriblər ki, bu, eyni zamanda yanacaq sərfiyyatını azaldacaq.
Lakin tədqiqatçılar vurğulayıblar ki, uzun start xətti, o cümlədən güclü enerji infrastrukturu kimi ciddi çətinliklərlə bağlı problemlər hələ də qalır.

Oqtay Qorçu