Advert
Advert

Tibb mərkəzlərinin direktorları vəzifədən azad ediliblər

Tarix:
Tibb mərkəzlərinin direktorları vəzifədən azad ediliblər
Reklam

Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.

Reyting.az "Bakupost"a istinadla xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını təsdiqləyib.

"Bundan sonrakı qərarı TƏBİB verəcək", - deyə N. Bəşirova bildirib.

Qeyd edək ki, Nurəngiz Bəşirova 2023-cü ildən Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsində çalışırdı. Sözügedən tibb mərkəzi uzun illərdir orada baş verən ölüm halları ilə daha çox xatırlanır.

***

Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov da vəzifəsindən azad edilib.

K. Ələkbərov bildirib ki, bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb.

O bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmaq istədiyini deyib:

"Əməkdar həkiməm. Azərbaycan Tibb Universitetində tədris olunan "Təcili tibb" kitabının müəllifiyəm. Ola bilər ki, universitetdə müəllim işləyim. Yaxud hansısa özəl xəstəxanada həkim kimi fəaliyyət göstərim".

Qeyd edək ki, Könül Ələkbərov ixtisasca anestezioloq-reanimatoloqdur. O, 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı Mingəçevirdə həyata keçirilən pilot layihənin, daha sonra isə işçi qrupunun rəhbəri olub.

K.Ələkbərov 2021-ci ildən etibarən isə Klinik Tibbi Mərkəzin direktoru vəzifəsində çalışırdı.

 

Reklam