Bu gün Tehranda İranın mərhum Ali Rəhbəri Əli Xamnəi ilə vida mərasimi keçirilir.
Reyting.az xəbər verir ki, səhər saatlarından etibarən minlərlə insan vida mərasimində iştirak etmək üçün paytaxtın mərkəzi küçələrinə axışır.
Mərasim çərçivəsində Əli Xamnəinin cənazəsi Ənqelab küçəsindən Azadi meydanına qədər müşayiət olunacaq. Daha sonra cənazə dəfn mərasiminin davam etdirilməsi üçün İranın əsas dini mərkəzlərindən biri olan Qum şəhərinə aparılacaq.
Vida mərasimində iştirak etmək məqsədilə İranın müxtəlif şəhərlərindən, eləcə də xarici ölkələrdən çoxlu sayda insan Tehrana gəlib. Mərasimlə əlaqədar paytaxtın mərkəzi küçələrində gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb və bəzi yollarda nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib.
V. Quliyev