Advert
Advert

Tehrana hücumda altı uşaq həlak olub

Tarix:
Tehrana hücumda altı uşaq həlak olub
Reklam

Dünən gecə ABŞ və İsrail qüvvələrinin İranın paytaxtı Tehrana endirdirdikləri zərbələr nəticəsində altı uşaq həlak olub. 

Reyting.az xəbər verir ki, şəhərin fövqəladə hallar idarəsinin açıqlamasına görə, Tehranın bombalanması nəticəsində on yaşdan kiçik altı uşaq həyatını itirib.

Bu arada, “Mehr” xəbər agentliyi Tehranın cənub-şərqində yaşayış binasının zərbə nəticəsində dağıldığını bildirib. Ən azı üç nəfər həlak olub, dağıntılar altından daha yeddi nəfər xilas edilərək xəsarətlərlə xəstəxanaya aparılıb.

V. Quliyev

Reklam