Advert
Advert

Tehran uranı ölkədən çıxarmağa hazır olması xəbərini təkzib edib

Tarix:
Tehran uranı ölkədən çıxarmağa hazır olması xəbərini təkzib edib
Reklam

İranın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, tərəflər münaqişəyə son qoymaq üçün sazişin mətni üzərində işləyirlər. Bu proses yekunlaşdıqdan sonra Tehran və Vaşinqton İranın nüvə proqramını müzakirə etməyə başlayacaqlar.

Reyting.az xəbər verir ki, “Təsnim” xəbər agentliyinin məlumatına görə, İranın zənginləşdirilmiş uranı öz ərazisindən çıxarmaq istəyi ilə bağlı mətbuatda yayılan məlumatlar yalandır.

“Əl Ərəbiyyə” telekanalı bir gün əvvəl adını açıqlanmadığı yüksək səviyyəli mənbəyə istinadla iddia etmişdi ki, İran zənginləşdirilmiş uranı ölkədən çıxarmağa hazırdır və onun Çinə təhvil verilməsi variantına razıdır.

Y. Qacar

Reklam