Advert
Advert

Tehran Hörmüzdən tranzit üçün yeni mexanizm hazırlayıb

Tarix:
Tehran Hörmüzdən tranzit üçün yeni mexanizm hazırlayıb
Reklam

Hörmüz boğazından tranzitlə keçmək niyyətində olan gəmilər İran Körfəzi Administrasiyasından elektron məktub alacaqlar. 

Reyting.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb. 

“Administrasiyadan onlara tranzit qaydaları barədə məlumat verən elektron məktub daxil olacaq, sonra onlar təlimata  əməl etmək şərtilə tranzit üçün icazə alacaqlar”, - telekanal yeni təlimatdan sitat gətirir.

SEPAH bununla bağlı rəsmi Tehranın mövqeyini bir daha bəyan edib ki, Hörmüz boğazında mülki və ticarət gəmilərinin bütün hərəkəti İran hakimiyyəti ilə koordinasiya əsasında həyata keçirilir.

E. Kamal
 

Reklam