Vaşinqtonun Hörmüz boğazını blokadaya alması atəşkəsin pozulmasına səbəb ola bilər.
Reyting.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, həyati əhəmiyyətli nəqliyyat arteriyasının bağlanması təxribat xarakterli addımdır, beynəlxalq hüquqa görə qanunsuzdur.
Diplomat qeyd edib ki, bu qərar atəşkəs rejiminin pozulmasına gətirib çıxara bilər: “Belə bir halda İran Silahlı Qüvvələri lazımi tədbirləri görməyə hazırdır".
Y. Qacar