İslam İnqilabı Keşikçiləri Korpusu - SEPAH ABŞ-ın Fars körfəzinin cənubundakı bütün hərbi bazalarını ləğv edə bilər.
Reyting.az İran KİV-nə istinadla xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusunun sözçüsü İbrahim Zülfüqari deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Fars körfəzinin cənubundakı Amerikanın bütün hərbi bazaları ləğv ediləcək.
Mayın 15-də “The New York Times” öz mənbələrinə istinadən yazıb ki, İsrail və ABŞ İrana qarşı mümkün hərbi əməliyyatların bərpasına fəal şəkildə hazırlaşırlar.
E. Kamal