Hollivud kino ulduzu Arnold Şvartseneqqer uzun fasilədən sonra Konan obrazı ilə yenidən ekranlara dönəcək.
Reyting.az-ın xəbərinə görə, 78 yaşlı məşhur aktyor "TheArnoldFans"a müsahibəsində məlumatı təsdiqləyərək deyib ki, baş rolunu ifa edəcəyi yeni "Kral Konan" filminin çəkilişləri 2027-ci ildə başlayacaq.
Hollivudun məşhur "Universal Pictures" və "20th Century Fox" kino şirkətlərindən isə bildiriblər ki, film 1982-ci ildə lentə alınmış "Barbar Konan"ın davamı olacaq.

Aktyor uzun illərdən sonra yenidən bu məşhur obrazına qayıdacağından məmnun olduğunu vurğulayıb. Şvartseneqqer deyib ki, bu layihə artıq reallığa çevrilib və o, hələ də bununla bağlı çox böyük həyəcan yaşayır.
Yeni filmin süjeti artıq yaşlanmış kral Konanın 40 il taxtda oturduqdan sonra yeni rəqiblərlə qarşılaşmasından bəhs edir.
"Kral Konan" filminin rejissoru da məlum olub. Bu filmin rejissorunun Kristofer Makkuorri olduğunu öncə kino şirkətləri, daha sonra isə Arnold Şvartseneqqer təsdiqləyib.
Oqtay Qorçu