Advert
Advert

Şvartseneqqer yeni döyüş filmində çəkilir

Tarix:
Şvartseneqqer yeni döyüş filmində çəkilir
Reklam

"Amazon MGM Studios" şirkəti kinorejissor Bred Peytonun "Kelli" adlanan yeni filminin qlobal yayım hüquqlarını əldə edib. Yeni filmdə baş rolları 78 yaşlı Hollivud ulduzu Arnold Şvartseneqqer və tanınmış aktyor Liam Hemsvort canlandıracaqlar. 

Reyting.az "Deadline" nəşrinə istinadla bildirir ki, razılaşmaya əsasən, döyüş janrında lentə alınacaq ekran əsəri ancaq "Prime Video" yayım platformasında nümayiş olunacaq.

Filmin süjeti Nyu-York şəhərində yaşayan, lakin fəaliyyətinə görə nüfuzdan düşmüş polis Cek Kelli ətrafında cərəyan edir. Terrorçular onun həyat yoldaşı Mollini girov götürdükdən sonra filmin qəhrəmanı onu xilas etmək üçün ailə üzvləri ilə birləşməyə məcbur qalır.

Yeni layihənin rejissoru Bred Peyton filmin ssenarisini Tse Çun ilə birlikdə hazırlayıb və "Kelli" filminin çəkilişlərinə start verilib.

Oqtay Qorçu

Reklam