Advert
Advert

Şuşa və Trabzon şəhərləri qardaşlaşıb

Tarix:
Şuşa və Trabzon şəhərləri qardaşlaşıb
Reklam

Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri qardaşlaşıb.

Reyting.az xəbər verir ki, bununla bağlı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Anlaşma memorandumunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Əhməd Metin Gənc imzalayıblar.

Saziş çərçivəsində tərəflər mədəniyyət, turizm, şəhər planlaşdırılması, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tuturlar.
 

Reklam