Advert
Advert

“Sumqayıt” rəhbərliyi futbolçuların maaşlarından kəsib

Tarix:
“Sumqayıt” rəhbərliyi futbolçuların maaşlarından kəsib
Reklam

Misli Premyer Liqası və Azərbaycan Kubokunda 11 oyundur qələbə qazana bilməyən “Sumqayıt” radikal addım atıb.

Reyting.az Sport24.az-a istinadən xəbər verir ki, komandanın uğursuz çıxışı futbolçular üçün ciddi nəticələr doğurub. 

Klub prezidenti Riad Rəfiyevin qərarına əsasən, oyunçuların maaşlarından müəyyən məbləğ tutulub.

Rəhbərlik bu addımla həm intizamı gücləndirməyi, həm də kollektivdə məsuliyyət hissini artırmağı hədəfləyir. Uzun müddətdir davam edən qələbəsizlik seriyası klub daxilində narazılıq yaradıb və bu qərarın məhz həmin vəziyyətin fonunda verildiyi bildirilir.

Qeyd edək ki, “Sumqayıt” hazırda Misli Premyer Liqasında 32 xalla 8-ci pillədə qərarlaşıb.

Reklam