Çadın şərqində icmalararası toqquşma 40-dan çox insanın həyatına son qoyub.
Reyting.az “France-Presse”-ə istinadla xəbər verir ki, insident Vadi Fira bölgəsində qeydə alınıb.
Hökumətin Brahim bölgəsindəki sözçüsü İsa Qalmayenin sözlərinə görə, münaqişə iki tayfa arasında su quyusu üstündə yaranan mübahisədən sonra başlayıb. Ən azı 42 nəfər həlak olub.
Çadın şərqində torpaq, mal-qara və suya çıxışla bağlı icmalararası toqquşmalar adi hadisə sayılır. Beynəlxalq Böhran Qrupunun ekspertləri bu cür qarşıdurmaların statistikasını aparırlar.
V. Quliyev