Advert
Advert

“Sony” şirkəti yeni filmin beynəlxalq yayım hüquqlarını alıb

Tarix:
“Sony” şirkəti yeni filmin beynəlxalq yayım hüquqlarını alıb
Reklam

"Sony Pictures Entertainment" şirkəti kinorejissor Qreta Qerviqin lentə aldığı, məşhur ekran əsərinin davamı olan "Narniya Salnamələri: Sehrbazın qardaşı oğlu" filminin beynəlxalq distribusiya hüquqlarını əldə edib.

Reyting.az "Variety" nəşrinə istinadla bildirir ki, büdcəsi 320 milyon dolları keçən ekran əsəri 2027-ci ilin 12 fevralında dünyada "IMAX" və adi kinoteatrlarda nümayiş olunacaq. 

Məlumata görə, "IMAX" formatında xüsusi ön baxış seansları 10 fevraldan başlayacaq və 2 aprel 2027-ci ildən isə bu film "Netflix" platformasında yayımlanacaq.

Şimali Amerikada filmin yayımı ancaq "Netflix" şirkəti tərəfindən həyata keçiriləcək. Eyni zamanda yeni film "AMC", "Regal", eləcə də "Cinemark" daxil olmaqla, ən böyük kinoteatrlarda nümayişə çıxarılacaq. 

Qeyd edək ki, K.S. Lyuisin 1955-ci ildə nəşr olunmuş, "Narniya Salnamələri" seriyasının prekvelli hesab olunan "Sehrbazın qardaşı oğlu" əsəri ilk dəfə ekranlaşdırılır. 

Filmdə Emma Makkey, Keri Malliqan, Daniel Qreyq, Meril Strip və digər tanınmış aktyorlar rol alıblar.

Oqtay Qorçu

Reklam