Advert
Advert

Siyasətçi: ASB-nin İrəvan sammiti uğursuz oldu

Tarix:
 Siyasətçi: ASB-nin İrəvan sammiti uğursuz oldu
Reklam

Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema Avropa Siyasi Birliyinin (ASB) İrəvanda keçirilən sammitinin heç bir real nəticə vermədiyini bildirib.

Reyting.az xəbər verir ki, A. Mema bu barədə özünün “X” sosial media hesabında paylaşım edib.

Sammiti tənqid edən A. Mema yazıb:

“Ermənistanda keçirilən sammit uğursuz oldu, problemlərin heç bir real həll yolu tapılmadı”.

A. Memanın fikrincə, Avropa İttifaqı Ukrayna ilə bağlı uğursuz siyasət yürütməkdə davam edir: “Avropa liderləri diplomatik həll yolu axtarmaq əvəzinə Rusiya ilə münaqişəni uzatmağa çalışır, Avropada isə artıq enerji böhranı yaranır”.

V. Quliyev
 

Reklam