İsveçin "IKEA" şirkəti ilə bərabər digər yerli şirkətlər müasir robotların insanları əvəz etdiyi bir zamanda öz işçilərindən imtina etməmək məqsədilə bütün əməkdaşlarının hərəkətini daha çevik etmək üçün onları "sürətləndirən" yeni texnologiyanı sınaqdan keçiriblər.
Reyting.az xəbər verir ki, "IKEA" şirkətinin İsveçin cənub şəhəri olan Helsinqborqda fəaliyyət göstərən logistika mərkəzində ilk dəfə bütün əməkdaşlara adi iş ayaqqabısının üzərinə taxılan, həmçinin rolikə bənzəyən "Moonwalkers" qurğuları təqdim edilib.
Süni intellektlə çalışan sistem istifadəçinin yerişinə uyğunlaşır, eləcə də sifariş yığımı prosesində işçilərin məhsuldarlığını daha da çalışqan hala gətirməklə, 16 faiz artırır.
Bu layihənin ən maraqlı tərəfi ideyanın rəhbərlik tərəfindən yox, təsadüfən həmin ayaqqabıları internetdə görən, daha sonra sınaqdan keçirən sıravi əməkdaşın təklifi ilə həyata keçirilməsidir.
"Ingka" şirkətinin qlobal meneceri, eləcə də "IKEA" mağazalar şəbəkəsinin rəhbəri Devid Makkeyb bildirib ki, yeni "Moonwalkers" qurğuları "IKEA" şirkətinin dünya üzrə tətbiq etdiyi 40-dan çox avtomatlaşdırma həllindən biridir.
Oqtay Qorçu