2025-ci ildə qlobal hərbi xərclər əvvəlki ilə nisbətən 2,9 faiz artaraq 2,887 trilyon dollar təşkil edib.
Reyting.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu məlumat yayıb.
Artım 11-ci ildir ki, davam edir. Qlobal iqtisadiyyatda bu cür xərclərin payı 2,5 faizə yüksəlib ki, bu da 2009-cu ildən bəri ən yüksək göstəricidir. Artımın əsas töhfələrini Avropa və xərclərin müvafiq olaraq 14 və 8,1 faiz artdığı Asiya və Okeaniya ölkələri təmin edib. ABŞ-da azalma qeydə alınıb ki, bu da ümumi dinamikanın yavaşlamasına təsir göstərib.
Üç ən böyük oyunçu - ABŞ, Çin və Rusiya hərbi ehtiyaclar üçün 1,480 trilyon dollar xərcləyib ki, bu da dünyada qlobal həcmin 51 faizini təşkil edir.
Y. Qacar