Advert
Advert

Senator İrana yeni zərbələrdən “dəhşətə gəlib” 

Tarix:
Senator İrana yeni zərbələrdən “dəhşətə gəlib” 
Reklam

“ABŞ Prezidenti Donald Trampın Konqresin razılığı olmadan İrana yeni zərbələr endirməsini qadağan edən qətnamənin rədd edilməsi danışıqları təhdid edir. Respublikaçılar Trampın müharibəsindən dəhşətə gəliblər. İctimai rəydə isə sükutdur”. 

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə respublikaçı senator Çak Şumer sosial media səhifəsində yazıb. 

Ç. Şumer daha sonra qeyd edib: 

“Əslində respublikaçılar Trampın İranla müharibəni dayandırmağa yönəlmiş bizim müharibə səlahiyyətlərimiz haqqında qətnaməmizin əleyhinə səs veriblər”. 

Senator vurğulayıb ki, demokratlar respublikaçıların etirazına baxmayaraq, bu qətnaməyə yenidən səs vermək üçün çalışacaqlar.

Bundan əvvəl Tramp danışıqların nəticəsiz qalması səbəbindən İrana zərbələri bərpa etmək barədə düşündüyünü açıqlamışdı.

Y. Qacar
 

Reklam