Şimali Koreya Sarı dənizə doğru naməlum mərmi atıb.
Reyting.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadla məlumat yayıb .
Cənubi Koreya ordusu bildirir ki, uçuş parametrləri və buraxılışla bağlı digər məlumatlar hazırda Seulda təhlil edilir. Əlavə təfərrüatlar hələlik açıqlanmır.
Xatırladaq ki, aprelin əvvəlində Cənubi Koreya ordusu Sinpo bölgəsindən Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket atıldığını bildirmişdi. Bundan sonra Yaponiya raket sınaqları ilə bağlı Şimali Koreyaya etiraz etmiş, Tokio bu cür hərəkətlərin Yaponiyanın, regionun və beynəlxalq ictimaiyyətin təhlükəsizliyinə təhdid yaratdığını bildirmişdi.
ABŞ-ın Hind-Sakit Okean Komandanlığı öz növbəsində Şimali Koreyanın ballistik raket buraxılışının ABŞ və müttəfiqləri üçün birbaşa təhlükə yaratmadığını bəyan edib.
E. Kamal