“Seascape Alaska” 5 sualtı ekspedisiyasının üzvləri suyun dibinə dalma zamanı Sakit okeanın təxminən 3,2 kilometr dərinliyində qayaya ilişib qalmış hamar, yumşaq obyektlə qarşılaşıblar.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bioloqların fikrincə, okeanın dibi özündə bir çox sirləri gizlədir. Hətta bəziləri illərdir ki, elm adamlarını çaşdırır.
Xatırladaq ki, “Livescience.com” saytı bir neçə il bundan əvvəl okeanda tapılan “qızıl kürə”nin sirri haqqında məlumat yaymışdı. Ekspertlər robotik qollardan istifadə edərək, uzaqdan idarə olunan avadanlıqla (RPV) obyekti bərpa etməyi bacarıblar...
Bioloqların naməlum qızıl sferanın nə ola biləcəyi ilə bağlı bir çox ehtimalları var. Ola bilsin ki, bu bir yumurta, süngər və ya bir bakteriya toplusudur.
V. Quliyev