Kral III Çarlzın kiçik oğlu Şahzadə Harri cümə axşamı Ukraynanın paytaxtı Kiyevə gözlənilməz səfər edib.
Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, Polşadan gecə qatarı ilə gələn şahzadənin qatardan düşüb platformadakı insanları salamladığı an Britaniyanın “ITV News” telekanalı tərəfindən lentə alınıb.
Televiziya Susseks hersoqunun sözlərini sitat gətirərək bildirib: "Ukraynaya qayıtmaq yaxşıdır".
Harri “ITV News”-a deyib ki, Ukraynanın nə ilə üzləşdiyini və hər saat inanılmaz dərəcədə çətin şəraitdə fövqəladə işlər görən insanları və tərəfdaşları dəstəkləmək istəyir.
V. Quliyev