"Araz-Naxçıvan"ın sabiq məşqçisi Əfran İsmayılovun yeni iş yeri müəyyənləşib.
Reyting.az xəbər verir ki, o, "Şəfa"da fəaliyyət göstərəcək. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Əfran İsmayılov paytaxt təmsilçisinin vitse-prezidenti təyin edilib.
Xatırladaq ki, Ə.İsmayılov ötən gün "Araz-Naxçıvan"da köməkçi məşqçi vəzifəsindən ayrılıb.